İyulda gömrükçülər rekord vurub
2013-cü ilin yanvar-iyulunda Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 764 mln manat gömrük vergisi və rüsumu yığıb. Bu il üçün plan-proqnozun 55,3%-i təmin edilib.
DGK-nın məlumatına görə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə gömrük yığımının həcmi 14,8% və ya 99 mln manat artıb. Bu il gömrükçülər gömrük vergisi və rüsumu üzrə həddi 180 mln manat və ya 15% artırıblar.
İyulda gömrükçülər yığılan vəsait həcminə görə rekord vurublar – 124,1 mln manat. Bu, iyundakından 7 mln manat çoxdur.
2013-cü ildə hökumət gömrük yığımı üzrə proqnozu 1 200 mln-dan 1 380 mln manata artırıb.--08D—
-
- Analitika
- 19 Avqust 2013 12:55
-
- İqtisadiyyat
- 19 Avqust 2013 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz