İyun ayinda imb-da qiymətlər sabit qalib
İyun ayında İlkin Mənzil Bazarında (İMB) ümumi aktivlik müşahidə edilsədə, qiymətlər əsasən sabit olaraq qalıb. Eyni vəziyyət Respublikanın digər böyük şəhərlərində də müşahidə edilmişdir. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin hesablamalarına görə hal-hazırda İMB-da orta qiymət indeksi 1 kv.metr üçün 873 manat civarında qərarlaşıb. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,3%, ötən ilə nisbətdə isə 7,7% artımla yadda qalıb. 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 26,8% təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub. Ay ərzində ən cəlb edici rayonlar Yasamal, Xəyai və Nəsimi rayonları оlmuşdur. Son bir ayda bazarda təklif olunan yeni tikililərin sayı 396, tikinti şirkətlərinin sayı isə-131 olub. İyun ayında əvvəlki aylarda olduğu kimi, yеni tikililərdə 3-оtaqlı mənzillər daha çох üstünlük təşkil еdib. 5-оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasının, 1-оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşüb. 1-otaqlı mənzillərin orta sahəsi 60,7 kv.m, 2 otaqlılarınkı 92,1 kv.m, 3-otaqlılarda 131,8 kv.m, 4-otaqlılarda 182,9, 5-otaqlılarda isə 238,3 kv. metr təşkil edib.
Ekspertlər son aylarda Təkrar Mənzil Bazarında olduğu kimi İlkin Mənzil Bazarındada aktivliyin artdığını vurğulayırlar. Bunu əsasən bazardakı ümumi tendensiyanın nəticəsi kimi görürlər. Mütəxəssislər hələdə, İMB-da satışa çıxarılan mənzillərin real qiymətləndirməni əks etdirmədiyini söyləyirlər. Eləcədə İMB-da sənədləşmə, kommunal xidmətlərin qənaətbaxş olmaması, ipoteka şərtlərinin əlverişsizliyi, süni qiymətləndirmə, inhisarçılıq və digər problemlərin də mövcudluğu bazardakı aktivliyə mənfi təsir göstərən əsas səbəblər kimi qeyd olunur. Mövsümlə əlaqədar olaraq yaxın günlərdə bazardakı aktivliyin nisbətən aşağı düşəcəyi, qiymətlərin isə əsasən sabit qalacağı proqnozlaşdırılır.
-
- Cəmiyyət
- 11 İyul 2013 18:48
-
- Bazarların icmalı
- 12 İyul 2013 11:35
İqtisadiyyat
-
Prezident İlham Əliyev 27 dekabrda 2025-ci il Dövlət Sosial Müdafiə Fondu büdcəsi haqqında qanunun tətbiqi barədə fərman imzalayaraq, fondun maliyyə çərçivəsinin səmərəli icrasını təmin etmək üçün tədbirlər müəyyən etdi.
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclis tərəfindən 16 dekabr 2024-cü ildə təsdiq edilmiş 98-VIIQD nömrəli qanuna əsasən, ölkənin Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb. Cümə günü dərc olunan fərman, vergi inzibatçılığının optimallaşdırılması və yenilənmiş qanunvericilikdə nəzərdə tutulan hüquqi çərçivənin gücləndirilməsi məqsədi daşıyır.
-
Azərbaycan parlamenti 2025-ci il üçün yaşayış minimumunu müəyyən edən qanunu təsdiqləyib, müxtəlif demoqrafik qruplar üçün konkret məbləğlər ayrılıb. Prezident İlham Əliyev tərəfindən 16 dekabrda imzalanan qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Prezidentin fərmanı 27 dekabrda dərc edilib.
-
Azərbaycan Prezidenti 27 dekabr 2024-cü il tarixində dövlət xərclərinin bölüşdürülməsi və icrasını nizamlayan "2025-ci il Dövlət Büdcəsi Qanunu"nun tətbiqi ilə bağlı fərman imzalayıb. 93-VIIQ nömrəli qanun çərçivəsində kodlaşdırılan qanunvericilik, müdafiə, təhsil, səhiyyə və infrastruktur sahələrindəki strateji prioritetləri əks etdirən müxtəlif sektorlara aid ətraflı büdcə təxsisatlarını müəyyən edir.
Rəy yaz