İyun ayinda inşaat materiallarinin qiyməti 0,3% artib
İnşaat materialları bazarında aparılmış monitorinqin nəticələrinə görə, iyun ayında qiymətlər orta hesabla-0,3% artıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, mövsümlə əlaqədar olaraq bazarda nisbi canlanma müşahidə edilmişdir. Son bir ayda qiyməti qalxan inşaat materiallarına dam örtükləri-1%, şüşə-2,4%, mismar-2,7%, alçipanı-1,7% aid etmək olar. Ay ərzində dam örtükləri-2%, dəmir borular-1,5%, şveller-1,5%, sink təbəqələr isə-2,6% ucuzlaşıb. İlin əvvəli ilə müqayisədə qiymətlər 2,3%, ötən ilin müvafiq dövrünə nisbətdə isə 3,0% azalıb. Ay ərzində yerli istehsalın bazardakı payı-52% dən bir qədər çox olmuşdur.
Ekspertlər iyun ayında qiymətlərin bahalaşmasını əsasən mövsümlə əlaqədar olaraq tikinti sektorunda aktivliyin artması və eləcədə idxal olunan məhsulların bahalaşması ilə əlaqələndirirlər. İnşaat materialları bazarında çalışan sahibkarlardan biri qiymətlərin bahalaşması ilə əlaqədar öz fikrini belə ifadə etdi, “ Son bir ayda inşaat materilları bazarında qiymətlərinin qalxmasına idxal olunan məhsulların bahalaşması ilə yanaşı, gömrükdə qoyulan qeyri qanunu ödənişlər də təsir göstərib”. Mütəxəssislər mövsümlə əlaqədar bazardakı aktivliyin davam edəcəyini, qiymətlərdə isə sabitliyin müşahidə ediləcəyini proqnozlaşdırılır.
-
- İqtisadiyyat
- 15 İyul 2013 15:38
-
- İqtisadiyyat
- 15 İyul 2013 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz