İyun ayinda təkrar mənzil bazarinda qiymətlər sabit qalib
İyun ayında paytaxtın və eləcədə respublikanın digər şəhərlərinin Təkrar Mənzil Bazarında (TMB) sabitlik müşahidə edilmişdir. Sabitlik bazardakı aktivliklə yanaşı, mənzillərin qiymətlərində də öz əksini tapmışdır. Mütəxəssislərin hesablamalarına görə hal-hazırda TMB-da orta qiymət indeksi təxminən 1kv/m üçün-1211 ABŞ dolları civarında qərarlaşıb. İyun ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi, Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonları olmuş və bu 4 rayonun ümumi təklif portfelindəki payı 75%-dən yuxarı olub. İyun ayında otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında artım baş verməmiş, 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1211 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,3%-ə malikdir.
Ekspertlər iyun ayında qiymətlərin sabit qalmasını əsasən mövsümi amillərlə izah edirlər. Yay aylarında insanların daha çox istirahət və səyahətlərə vaxt ayırmaları, bazardakı aktivliyə öz təsirini göstərir. Ümumiyyətlə mütəxəssislər son aylarda bazardakı qiymətlərin bahalaşmasını və aktivləşməni əsasən ipoteka kreditləşməsi, eləcədə evləri plana düşmüş insanlara yeni mənzillər almaq üçün kompensasiyaların verilməsi ilə əlaqələndirirlər. TMB-da çalışan mütəxəssislərdən biri mövcüd vəziyyəti belə şərh etdi: “Aparılan araşdırmalar göstərirki, hal hazırda mənzil alanların 90% -ni mənzillərini dəyişdirənlər, 7%-ni ipoteka və kredit şərtləri ilə alanlar, yalnız 3-ni isə bir başa öz maddi ehtiyatları hesabına alanlar təşkil edir”. Mövsümün sonunadək bazardakı sabitliyin davam edəcəyi proqnozlaşdırılır.
-
- Siyasət
- 11 İyul 2013 16:12
-
- İqtisadiyyat
- 11 İyul 2013 16:29
İqtisadiyyat
-
Dekabrın 21-də Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
-
Yüzlərlə yük maşını Qazaxıstanın Kurık limanında ilişərək Azərbaycana bərə ilə keçmək üçün bir neçə gün gözləyir, lada.kz portalı xəbər verir. Bu durğunluq bərələrin azlığı, əlverişsiz hava şəraiti və Rusiyaya qarşı sanksiyaların genişlənməsi səbəbindən marşrutların dəyişdirilməsi ilə əlaqədardır.
-
Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri son üç il ərzində Azərbaycanın iqtisadiyyatına 61,3 milyon manat sərmayə yatırıb. Bu barədə "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirli mətbuat konfransında bildirib.
-
Qlobal iqtisadiyyat davamlı problemlərlə üzləşdiyi bir vaxtda, Çin ilə Azərbaycan arasındakı ticarət azalma tendensiyalarını üstələyərək əhəmiyyətli artım nümayiş etdirib. Azərbaycanın rəsmi statistikasına əsasən, 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,1 milyard ABŞ dollarına çatıb. Yalnız 2024-cü ilin ilk on ayında ticarət həcmi illik hesablamada 17,1% artaraq 3,02 milyard ABŞ dollarına yüksəlib və illik ticarət göstəricisinin rekord səviyyəyə çatacağı gözlənilir.
Rəy yaz