Joint Leasing kapitalını iki dəfə artırır
"Joint Leasing Company" QSC lizinq şirkəti nizamnamə kapitalını 700 min manat və ya 2 dəfə artırır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, nominalı 200 manat olan 3,5 min adi sənədsiz adlı səhmin emissiyası bazar ertəsi qeydiyyata alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə qapalı olacaq.
Joint Lizinq Company 14 iyun 2007-ci ildən Azərlizing-in hüquqi varisi kimi yaradılıb. Təsisçiləri Britaniyanın Dolphin Leasing (52,3%) şirkəti və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). --15B--
-
- İqtisadiyyat
- 3 Aprel 2013 13:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz