Kənd Təsərrüfatı Nazirliyi pambıq yığımı və emalı prosesini əlaqələndirir
Bakı/18.09.17/Turan: Azərbaycanda kütləvi pambıq yığımı davam edir. Bu il, keçmiş Sovet dövründə olduğu kimi, pambıq yığımı kampaniyası Kənd Təsərrüfatı Nazirliyindən əlaqləndirilir.
Ötən şənbə nazirlikdə rayonlarda Kənd Təsərrüfatı İdarələrinin rəislərinin və xammal pambıq tədarükü məntəqələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Pambıq istehsalına, tədarükünə və emanlına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəni nazir Heydər Əsədov özü keçirib.
Pambıq tədarükü məntəqələrində mövcud vəziyyət, qəbul olunmuş pambıq məhsulunun vəsaitinin pambıq istehsalçılarına vaxtında verilməsi, pambıq qəbulu zamanı uçot hesabat sənədlərinin tərtibatı qaydaları barədə hesabatlar dinlənilib. Qeyd edək ki, xammal pambığın istehsalı üzrə subsidiyalar tədarük məntəqələrinə satılmış həcmə uyğun olaraq verilir. Dövlət fermerlərə və kənd təsərrüfatı müəssisələrinə yığılmış pambığın hər kiloqramı üçün 0,10 manat ödəyir. Xammal pambığın alış qiyməti 0,40-0,50 manat/kq təşkil edir.
Bu il 136,4 min ha ərazidən pambıq yığılır. 2016-cı ildə pambıq sahələri 52,1 min ha təşkil edirdi. Büdcə vəsaiti hesabına bu il təxminən 150 pambıqyığan kombayn, habelə yüzlərlə başqa texnika alınıb. 08D
-
- Söz istəyirəm
- 18 Sentyabr 2017 14:29
-
- Cəmiyyət
- 18 Sentyabr 2017 18:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz