Korporativ bazarda azalma
Azərbaycanda korporativ qiymətli kağızlar bazarının göstəriciləri pisləşib. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2012-ci ilin 9 ayı üzrə məlumatında bildirilir.
İlin əvvəlindən KQK bazarının həcmi 2% azalaraq 896,5 mln manat təşkil edib. Bazarda bağlanan əqdlərin sayı 24,5% azalaraq 2 730 vahid təşkil edib.
QKDK-nın hesabatında deyilir ki, mənfi dinamikada İpoteka Fondu xüsusi rol oynayıb. O, istiqraz emissiyasını 50% azaldıb. AİF tərəfindən emissiya olunan istiqrazların ilkin bazarı 62 faiz, təkrar bazarı isə 32 faiz azalıb. Bazarın bu seqmenti bütövlükdə 37 faiz geriləyərək 500 milyon manat təşkil edib. Maraqlıdır ki, istiqrazların ilkin yerləşdirilməsinin həcmi 37,3 mln manat olub. Bu, 2011-ci ilin yanvar-sentyabrından 58% azdır.
Səhm bazarının seqmentinin strukturunda yerləşdirmənin xüsusi çəkisi 9 ayda 84,5% (335,7 mln manat) təşkil edib. Bir il öncə bu göstərici 67% (81,3 mln manat) idi. İlkin bazarın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artıb. Qeyd edək ki, bu il “AzərEnerji” ASC 200 mln manatlıq səhm yerləşdirib. Birjadankənar səhm bazarı (42,8 mln manat) 68%, аbirja səhm bazarı (8,8 mln manat) 41% artıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz