Korporativ QK bazarının dövriyyəsi 22% artıb
Bu ilin 11 ayında Azərbaycanda korporativ qiymətli kağızlar bazarının dövriyyəsi 1 412,7 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 22% çoxdur. Əqdlərin aktivliyi (4249) 3,4% artıb, deyə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Turan-a bildiriblər.
Korporativ seqmentdə səhmlərin xüsusi çəkisi ilin əvvəlindən 37,2% (526,3 mln manat) artıb. Ötən il 11 ayı ilə müqayisədə səhm bazarında 12% artım olub. İlkin yerləşdirmə həcminin 3% (11 mln manat) azalması buna mane olmayıb. Təkrar səhm bazarının həcmi 139,5 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 67,4 mln manat çoxdur. Bakı Fond Birjasının məlumatına görə, bu ilin 11 ayında 16 747,1 min manatlıq səhm alqı-satqı predmeti olub. Beləliklə, səhm dövriyyəsinin əsas hissəsi (122,8 mln manat) birhadan kənar baş verir və informasiya gizlədilir.
Bu il manatla ilkin yerləşdirmənin (+4,7 dəfə) və təkrar dövriyyənin (+71%) artımı hesabına korporativ istiqraz bazarının həcmi 886.5 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 29% çoxdur. İlin əvvəlindən ABŞ dolları ilə 67 mln-luq istiqraz yerləşdirilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 77% azdır.
Dövlət qiymətli kağızları nəzərə alınmaqla qiymətli kağızlar bazarının dövriyyəsi ilin əvvəlindən 18% azalaraq 7 378 mln manat olub. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz