Manat yenə ucuzlaşıb (YENİLƏNİB)
Azərbaycan Mərkəzi Bankı 2016-cı il martın 9-na milli valyutanın dollara nisbətdə məzənnəsini 1,6228 manat səviyyəsində müəyyən edib. Bu, əvvəlki məzənnədən (1,6105) 1 qəpik çoxdur.
Mərkəzi Bankın məlumatına görə, manatın məzənnəsi valyuta bazarında banklararası əməliyyatların yekunlarına əsasən müəyyən olunub.
Martın 7-də Dövlət Neft Fondu hərracda 28 banka 49,7 mln. dollar satıb. Hərraca 50 milyon dollar çıxarılmışdı. -02D-
2016 Mart 07 (Bazar ertəsi) 13:42:36
Azərbaycan Mərkəzi Bankının bu gün təşkil etdiyi valyuta hərracında baş tənzimləyici iştirak etməyib.
Dövlət Neft Fondunun məlumatına görə, $50 mln vəsait onun tərəfindən ayrılıb.
Hərracda 28 kommersiya bankı iştirak edib və bəyan edilən həcmin hamısını ($49,7 mln) alıblar.
ARDNF xarici valyuta ayrılmasını dövlət büdcəsinə 7 mlrd 615 mln manat transfert çərçivəsində həyata keçirir. --17D—
-
- Siyasət
- 7 Mart 2016 17:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz