Masallı rayonunda sənaye məhəlləsinin yaradılması imkanı öyrənilir
Azərbaycanda sayca ikinci sənaye məhəlləsi mebel sənayesi potensialı ilə məşhur olan Masallı rayonunda yaradıla bilər. Fevralın 3-də İqtisadiyyat Nazirliyinin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin nümayəndələri Masallı rayonunda olub, sənaye məhəlləsinin yaradılması üçün təklif edilən əraziyə baxış keçiriblər.
İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin məlumatına görə, rayonun biznes təmsilçiləri ilə görüşdə yeni sənaye müəssisələrinin yaradılması, məşğulluğun təmin edilməsi imkanları müzakirə edilib.
Neftçala rayonunda ilk sənaye məhəlləsinin yaradılması üzrə işlər davam edir. 10-a qədər sahibkar müxtəlif məhsullar istehsal etmək üçün layihə təqdim edib.
Dövlətstatkoma görə, 2014-cü ildə Masallı rayonunda mebel istehsalı kəskin azalıb: 2013-cü ildə 23 853 ədəd ofist tipli taxta mebel istehsal edilibsə, növbəti ildə bu göstərici 469-a düşüb, 12 komplekt mətbəx mebeli istehsal olunub. Halbuki 2013-cü ildə bu göstərici 1157 ədəd idi. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz