MDM-də investorlar üçün depo hesabları investisiya şirkətləri də aça bilər
Milli Depozit Mərkəzi (MDM) “Depozitar sistemində hesabların açılması, bağlanması və idarə edilməsinə dair” yeni qaydaları təsdiq edib.
Sənədə əsasən, lisenziyalı investisiya şirkətləri fond bazarı investorlarına depo hesab açmaq hüququ verilir. Başqa sözlə, depozitarın iştirakı olmadan da investorun depozit hesabı açıla bilər.
Qeyd edək ki, 2015-ci ildən qüvvədə olan “Qiymətli kağızlar bazarı haqqında” qanuna əsasən, MDM QK bazarında mərkəzi depozitardır. Ölkədə başqa depozitarlar yoxdur. 5 hüquqi şəxs investisiya şirkəti fəaliyyəti həyata keçirmək üçün lisenziyaya malikdir.
1 yanvar 2012-ci il üçün MDM-də investorlara məxsus 101,2 min depo hesab olub. MDM sonuncu dəfə illik hesabatı 2011-ci ildə açıqlayıb.
2015-ci ildə MDM QSC-dən qeyri-kommersiya təşkilatına çevrilib. Təsisçisi ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. 08D
-
- İqtisadiyyat
- 21 İyun 2016 14:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz