Məişət tullantılarının yandırılması hesabına 182 mln kVt/saat elektrik enerjisi istehsal edilib
2015-ci ildə “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdiriliməsi nəticəsində təqribən 182 mln kilovat/saat elektrik enerjisi istehsal edilib. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, elektrik şəbəkəsinə ötürülən 153,5 mln kilovat/saat enerji Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir.
Qiymət ifadəsində istehsal edilən elektrik enerjisinin həcmi 9,1 mln manat təşkil edir.
Qeyd edək ki, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 2012-ci ildə istismara verilib. Zavod hələlik layihə gücünə (231,5 mln kVt/saat) çatmayıb. Zvodun tikintisi 346 mln avroya başa gəlib.
2014-cü ildə Azərbaycanda 21 mlrd mln kilovat/saat elektrik enerjisi istehsal edilib. Beləliklə, elektrik enerjisi istehsalında “Təmiz Şəhər” ASC-nin payı 0,75%-dir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz