Məişət tullantısı yığımı üzrə Azərbaycan-Finlandiya müəssisəsi ləğv edilir
“Kasko Waste Service” Azərbaycan-Finlandiya şirkətinin səhmdarları 6 dekabrda onun ləğvi üçün yığışacaqlar. 1997-ci ildən fəaliyyət göstərən məişət tullantısı yığımı və nəqli üzrə ilk özəl şirkət dövlət büdcəsindən çoxlu dotasiya alan dövlət sektoru üzrə rəqabəti uduzub.
“Kasko Waste Service” MMC məişət tullantısı yığımı bazarına iki zibilyığan texnika ilə daxil olub və Yasamal və Səbail rayonlarında işləyib. Bir vaxtlar şirkətin 500 işçisi olub. İndi orda 10 nəfər qalıb. Şirkətin səhmdarları ziyanı ödəyə bilmir, çünki ölkədə məişət tullantısı yığımı və nəqli tarifləri bazarın tələbinə cavab vermir, deyə “Kasko Waste Service” İH-də düşünürlər.
Son 5 ildə Azərbaycan hökuməti dövlət büdcəsi və Çin hökumətinin qrantı ilə yüzlərlə kommunal texnika və konteyner alıb, onları kommunal xidmətlərə verib. Özəl sektor qeyri-bərabər vəziyyətə düşüb. Buna qədər daha 2 kommunal şirkət ləğv edilib: “UP Azerbaijan” (Azərbaycan-Almaniya birgə müəssisəsi) və “Kasko SP” (Azərbaycan-Çexiya-Finlandiya). Bu gün Azərbaycanda bircə kommunal şirkət fəaliyyətdədir – “ADES” (Azərbaycan-Almaniya).
“Kasko Waste Service”in təsisçiləri bir fin şirkəti, iki Azərbaycan şirkəti (cəmi 80% pay) və Əmlak Məsələləri Dövlət Komitəsidir (20%). 08B
-
- Cəmiyyət
- 1 Noyabr 2012 13:23
-
- İqtisadiyyat
- 1 Noyabr 2012 14:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz