Batan "Azərbaycanın 60 illiyi" qurğusu Qazaxıstan üçün təhlükədir
30 il əvvəl Xəzərin Qazaxıstan sektorunda batan "Azərbaycanın 60 illiyi" qazma qurğusu gəmiçilik üçün təhlükədir, deyə Qazaxıstanın nəqliyyat prokurorluğu bildirir.
"Xəzərin sularında batan gəmilər, konstruksiyalar, qazma qurğuları gəmiçilik üçün potensial təhlükədir.
Məsələn, "Azərbaycanın 60 illiyi" qazma qurğusu 1 mil radiusda gəmiçilik üçün təhlükədir, batan obyektin rayonunda dənizin dibindən naməlum qaz qalxır”, - deyə prokurorluq bəyan edir.
1983-cü ilin sentyabrında “Rakuşeçnı” burnundan 23 km məsafədə 43 metr dərinlikdə quyu qazan zaman qəza baş verib: "Azərbaycanın 60 illiyi" qazma qurğusu batıb, qaz fontanı 50 metr yüksəyə qalxıb. Atmosfer çirklənməsin deyə qazı yandırıblar. Beş gündən sonra məşəl sönüb, amma 1991-ci ildə yenidən fontan başlayıb.
12 sentyabr 2012-ci ildə “Jayık” hidroqrafiya gəmisi Xəzər şelfində hidroqrafik naviqasiya vəziyyətini öyrənəndə batan "Azərbaycanın 60 illiyi" qazma qurğusundan qaz-su fontanı müşahidə edib.
Batan qurğu 1984, 1988, 1996 və 2005-ci ildə müayinə edilib. Rəydə deyilir ki, "Azərbaycanın 60 illiyi" qazma qurğusu ciddi zədə alıb və təmir və bərpası mümkün deyil. Çoxlu xərc tələb etdiyi üçün onun sudan çıxarılması məqsədəuyğun sayılmayıb. Qurğu “Xəzərdənizneftqazsənaye” birliyinin balansından silinib. --12D—
-
- İqtisadiyyat
- 1 Noyabr 2012 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz