Ankara Mesamor AES-in təcili bağlanmasını tələb edir
Ankara regionun übtün ölkələri üçün təhlükə olan Mesamor AES-in təcili bağlanmasını tələb edir, deyə çərşənbə günü Türkiyənin energetika naziri Taner Yıldız TRT Haber telekanalına bildirib.
Nazirin sözlərinə görə, Mesamor AES 40 ildən çoxdur fəaliyyət göstərir, köhnə AES-lər isə böyük təhlükədir.
Əvvəllər Türkiyə KİV-i məlumat yayıb ki, Ermənsitan hökuməti AES-in işini 2023-cü ilə kimi uzatmaq istəyir.
Mesamor AES 1970-ci ildə tikilib. 1988-ci il Spitak zəlzələsindən sonra bağlanılıb, amma 1995-ci ildə beynəlxalq etirazlara baxmayaraq, onun işi bərpa edilib və ikinci reaktor da işə salınıb.
Son 10 ildə zonada kiçik zəlzələlərin baş verməsi, seysmik proseslərin intensivləşməsi nəzərə alınsa, Mesamor AES-də iri qəza olduğu təqdirdə təkcə Ermənistan yox, Cənubi Qadqaz, Yaxın və Orta Şərq ölkələri ziyan çəkəcək. --0--
-
- İqtisadiyyat
- 1 Noyabr 2012 14:33
-
- Cəmiyyət
- 1 Noyabr 2012 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz