Mənşə sertifikatını bir gün ərzində almaq mümkündür
İqtisadiyyat Nazirliyinin 6 fevral 2016-cı il tarixində keçirilmiş Kollegiya iclasının qərarı ilə “ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə” sahibkarlıq subyektlərinə mənşə sertifikatının verilməsi müddəti 3 gündən 1 günə azaldılıb.
Mənşə sertifikatının verilməsinə görə dövlət rüsmunun məbləği 20 manatdır. İqtisadiyyat Nazirliyinin sertifikatı vermək üçün 7 sənəd tələb edir (http://goo.gl/TnfUKZ).
Bundan başqa, Tarif Şurası dekabrın 1-dən İstehlak Mallarının Ekspertizası Bürosu (İqtisadiyyat Nazirliyinin strukturlarından biri) tərəfindən xidmətə görə xidmət haqqını müəyyən edib. Malın növündən (kənd təsərrüfatı, kimya sənayesi, maşınqayırma və s), çəki və qiymətindən asılı olaraq, ekspertiza (http://goo.gl/UDecXg) xərci 0,10-dan 280 manatadək və daha çox ola bilər. Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycandan 2 477 adda mal ixrac edilib. Bu, əvvəlki ildəkindən 15% çoxdur. --08D—
-
- İqtisadiyyat
- 9 Fevral 2016 12:53
-
- İqtisadiyyat
- 9 Fevral 2016 13:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz