Mərkəzi Bank islahatlara hazırlaşır
Gələn il Azərbaycanda elektron ödənişlər sahəsinin genişləndirilməsi Dövlət Proqramının (2013 – 2017-ci illər) təsdiqi mümkündür.
AMB İH sədrinin birinci müavini Alim Quliyev parlamentdə jurnalistlərə bildirib ki, sənədin layihəsinə 20-dən çox dövlət və hökumət strukturu təkliflər verib. Bu, cari ilin sonu-gələn ilin əvvəlində proqramın təsdiqinə inam yaradır.
Biz nağdsız hesablaşmaları Baltikyanı ölkələr səviyyəsinə çatdıra bilərik. Bu gün hesablaşmalarda plastik kartların xüsusi çəkisi 3%-dir və bu, narahatlıq doğurur, deyə bankir bildirib.
Onun sözlərinə görə, proqramda məqsəd hüquqi bazanı təkmilləşdirmək, ödəniş sistemlərinin institusional bazasının inkişafı elektron ödəniş sistemlərinin potensialının gücləndirilməsi, regionlarda nağdsız hesablaşmaların inkişafıdır.
Alim Quliyev 200 və 500 manatlıq əskinasların buraxılması məsələsinə də toxunub. Bunun devalvasiya və ya inflyasiya ilə bağlı olmadığını deyib. Tədavülün vaxtı məlum deyil.
Sosial ipotekadan danışarkən o qeyd edib ki, hökumət AMB-nin maksimal ipoteka tavanının 35 mindən 50 min manata qaldırılması təşəbbüsünü dəstəkləyir. --17D--
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 15:02
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 15:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz