Mərkəzi Bank manatın məzənnəsini dəyişməyib
Azərbaycan Mərkəzi Bankı oktyabrın 11-nə manatın məzənnəsini dəyişdirməyib.
Turan-ın məlumatına görə, oktyabrın 11-də dollar oktyabrın 10-da olduğu kimi, 1,6006 manat təşkil edəcək.
Qeyd edək ki, oktyabrın 5-dən etibarən Mərkəzi Bank manatın məzənnəsini yeni qaydalarla müəyyən edir. Belə ki, valyuta hərracı olan günlərdə (çərşənbə və cümə günləri) milli valyutanın məzənnəsi son sessiya zamanı müəyyən olunmuş qiymətə əsasən müəyyən olunur. Bu zaman kommersiya bankları hərracda xarici valyutanı həm almaq, həm də satmaq hüququna malikdir.
Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək. -71D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz