Mikrokreditləşmə iyunda 0,7% azalıb
Bu ilin iyununda Azərbaycanda mikrokreditləşmənin ümumi kredit portfeli $4,5 mln və ya 0,7% azalaraq 422,05 min müştəri üzrə $719,84 mln olub. İlin əvvəlindən bu göstərici 11,4%, illik müddətdə 22,7% artıb. Riskli kredit payı dəyişməyib və 3% təşkil edib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının məlumatına görə, üzvləri arasında ən iri kreditor "Accessbank"dır. Bütün mikrokreditlərin 28,6%-i onun payına düşür.
Uçot mikrokreditləşmə ilə məşğul olan 30 təşkilat üzrə aparılır. Onların ümumi aktivləri $4,053 mlrd-dır. Mikrokredit alanların 24%-i qadınlardır (ötən ilin sonundakından 11% az).
AMA-nın hesabatında $100-$20 000 məbləğində kreditlər əksini tapıb. --15В--
-
- İqtisadiyyat
- 17 Avqust 2012 14:05
-
- Cəmiyyət
- 17 Avqust 2012 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz