- İqtisadiyyat
- 19 Noyabr 2013, 17:35
- 101
Miqrasiya Xidməti: imzalanan sənədlər miqrasiya məsələlərinin tənzimlənməsini tam əhatə edir
2013-cü il 15 noyabr tarixində Turan agentliyinin “ARDNŞ VƏ Dövlət Miqrasiya Xidməti neft sektoruna xarici işçilərin axinina nəzarət edəcək” başlığı ilə verilmiş xəbərində ARDNŞ, “BP-Azərbaycan” şirkətləri və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi” mövzusunda keçirdikləri tədbir işıqlandırılmış və bu zaman 3 sənədin imzalanması bildirilmişdi.
Həmçinin Turan-ın müxbiri BP-dəki mənbələrdən aldığı məlumatı da oxucuların diqqətinə çatdırmışdı ki, tədbirdə ilə Dövlət Miqrasiya Xidməti arasında miqrasiya məsələlərində əməkdaşlığa dair anlaşma memorandumu” nun imzalanması nəzərdə tutulsa da bu həyata keçməyib.
Bu gün Dövlət Miqrasiya Xidməti ictimaiyyətlə əlaqələr şöbəsindən Turan agentliyinə bildiriblər ki, belə bir sənəd "BP-Azerbaijan" şirkəti ilə imzalanması ümumiyyətlə nəzərdə tutlmurdu və imzalanan sənədlər miqrasiya məsələlərinin tənzimlənməsini tam əhatə edir.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz