NABUCCO kommersiya məsələlərində ТАР-a qalib gələ bilmir
İnanırıq ki, “Şahdəniz” konsorsiumu bu layihənin lehinə qərar çıxaracaq, çünki təkliflərimiz daha əlverişlidir. Bu barədə “Nabucco ” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "“Şahdəniz” konsorsiumu Nabucco-West layihəsini seçsə, 2014-cü ildə hazırlıq, 2015-ci ildə tikinti, 2019-cu ilin əvvəlində qaz idxalı başlanılacaq".
Mitçek deyib ki, tranzit ölkələrin Nabucco West çərçivəsində 2030-cu ildə qaza tələbatı 43 mlrd m3 olacaq. Qonşu ölkələrlə birgə qaza tələbat 246 mlrd m3-a artacaq. Nabucco-West Avropa ölkələrinin qaza tələbatının 8-10%-i ödəyə bilər.
"Məqsədimiz qaza tələbatı tam təmin etmək yox, onun inkişafıdır", - deyə Mitçek bildirib.
O deyib ki, layihə çərçivəsində Balkan ölkələri, Slovakiya, Çexiya, Polşa, Fransa, Almaniya və Ukraynaya da qaz ixrac etmək olar"
Turan agentliyi məlumatlı mənbələrdən öyrənib ki, gerçəkdən Nabucco-West-in ТАР-la müqayisədə bir sıra üstünlükləri var. Amma Nabucco-West boru yarışında lider ola bilməyib. Məlumdur ki, boru tikintisi və tranzit xərcləri də həll edilib. Açıq qalan məsələ "qaz kommersiyası", yəni idxalı şirkətlərin qazı neçəyə almasıdır (qaz formulu və müddət). Ona görə “Şahdəniz” ekspertləri 2 həftədə bu istiqamətdə güclü danışıqlar aparmalıdır. --12B--
-
- Cəmiyyət
- 6 İyun 2013 12:09
-
- İqtisadiyyat
- 6 İyun 2013 12:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz