- İqtisadiyyat
- 2 İyul 2014, 15:06
- 83
Nar Mobile Avropa Olimpiya Oyunlarının rəsmi tərəfdaşı oldu
Nar Mobile şirkəti Bakı-2015 Avropa Olimpiya Oyunlarının rəsmi partnyoru oldu.
Gənclər və İdman naziri Azad Rəhimov tərəflər arasında imzalanan əməkdaşlığın detallarına toxunub: “Bu müqavilə olduqca böyük əhəmiyyətə malikdir. Nar Mobile Avropa Olimpiya Oyunlarında telekommunikasiya dəstəkçisi kimi öz köməyini göstərəcək. Ümumilikdə, bu mobil operator yarandığı gündən ölkədə keçirilən bir çox əhəmiyyətli, sosial, mədəni və idmanla bağlı tədbirlərdə öz dəstəyini nümayiş etdirib”.
Onun sözlərinə görə, Nar Mobile oyunlara layiqli sponsorluq edəcək. –17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz