Neft Fondu Türkiyədəki Star NEZ-in səhmlərinin 40%-ə nəzarət edəcək
Dövlət Neft Fondu (ARDNF) Türkiyədə tikiləcək “Star” yeni neft emalı zavodunda aktivlərin 40%-ə sahib olacaq. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının saytı məlumat verir.
İnformasiyaya əsasən, layihənin ümumi qiyməti $5,1 mlrd-dır. AYİB NEZ-in tikintisinə $150 mln kredit ayırmaq məsələsinə baxır, qalan vəsait başqa strukturlardan alınacaq.
NEZ-in tikintisi üçün Star Rafineri A.S birgə müəssisəsi yaradılıb. Burda 41,5% SOCAR Turkey-ə, 40% ARDNF-yə, 18,5% Turcas Petrol A.S. məxsusdur.
20 may 2013-cü ildə SOCAR Turkey İzmirdə $4 mlrd-lıq “Star” NEZ-i tikən konsorsiumla saziş imzalayıb. Konsorsiuma bu şirkətlər daxil olub: İspaniyadan Tecnicas Reunidas, İtaliyadan Saipem, Cənubi Koreyadan GS Engineering & Construction və Yaponiyadan Itochu. Obyekt saziş imzalanandan 51 ay sonra istismara veriləcək.
Əvvəllər ARDNŞ-də Turan-ın müxbirinə deyiblər ki, ARDNF “Star” NEZ layihəsində passiv oyunçu olacaq və yalnız ARDNŞ-nin payının müəyyən hissəsini maliyyələşdirəcək. ARDNF gələcəkdə bunun müqabilində ARDNŞ-nin mənfəətindən dividend əldə edəcək.
“Star” NEZ-in emal gücü ildə 10 mln ton neft olacaq.
ARDNF-nin 2013-cü il büdcəsinə əsasən, NEZ tikintisi layihəsində Azərbaycanın payının maliyyələşməsinə (o vaxt ARDNŞ, layihədə 81,5% ona məxsus idi - red.) 596,6 mln manat ayrılması planlaşdırılır (cari məzənnə ilə $761 mln). --12В--
-
- İqtisadiyyat
- 3 İyun 2013 16:41
-
- İqtisadiyyat
- 3 İyun 2013 17:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz