ABTM sığortaçılar üçün treninqlər keçirir
Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) sığorta bazarının təlimə olan ehtiyacını təhlil edərək təlimlərə start verir.
Mərkəzin məlumatına görə (http://www.abtc.az/index.php?ind=newsfull&id=80), 2013-cü ilin iyun-iyul aylarında 10 mövzu üzrə təlim kursları keçirəcək.
Məşğələlərdə tibbi və əmlak sığortasının aktual problemləri, sığorta qanunvericiliyi ilə bağlı məsələlərə baxılacaq.
Sığorta işi üzrə təlimlər sığorta şirkətləri ilə yanaşı, müxtəlif bank, tibb müəssisələri və digər şirkətlərin sığorta mütəxəssisləri üçün nəzərdə tutulub.
Təlimləri yerli mütəxəssislərlə yanaşı, Türkiyənin lider təşkilatı Türkiyə Sığorta İnstitutu Vəqfinin tanınmış praktik ekspertləri aparacaqlar.
Əlavə məlumat almaq üçün: 497 07 10 nömrəli telefona zəng etmək və ya sigorta@abtc.az elektron ünvana məktub göndərmək olar. --17D—
-
- İqtisadiyyat
- 3 İyun 2013 17:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz