Neft Fondundan transfertlər büdcə mədaxilinin yarısından çoxdur
Maliyyə Nazirliyinin saytında (http://maliyye.gov.az/node/1707) 2014-cü ilin I rübündə dövlət büdcəsinin icrası barədə məlumat açıqlanıb.
Büdcənin gəlirlər hissəsi 4 mlrd 482,7 mln manat (ötən illə müqayisədə mənfi 186,9 mln), xərclər 4 mlrd 374,3 mln manat (минус 140,5 mln), profisit az olub.
Büdcənin gəlirlər hissəsi yarıyacan (52,26%) ARDNF-dən transfertlərdən ibarətdir – 2 mlrd 342,6 mln manat. Vergilər Nazirliyi xətti ilə 1762,8 mln manat və ya 39,3% (32,6%) daxil olub. Gömrük Komitəsindən 330,4 mln manat (+14,1%) daxil olub.
Hökumət büdcəni investisiya və sosial yönlü etmək vədinə əməl edir. Sosial sahəyə 29,1% və ya 1 mlrd 271,9 mln manat, investisiya layihələrinə 2 mlrd 188,4 mlrd manat, məişət, mədəni-sosial obyektlərin tikintisinə 731,3 mln manat, meliorasiya, nəqliyyat, kommunal sahə və sənaye obyektlərinin infrastrukturuna 1 mlrd 457,1 mln. Manat xərclənib.
1 aprelə kimi müdafiəyə 111,5 mln manat, mıədəniyyət, incəsənət, idman, informasiya texnologiyalarına 12,1 mln manat ayrılıb. Məhkəmə, prokurorluq və hüquq mühafizə orqanlarına 20,7 mln manat, səhiyyəyə 17,4 mln manat, təhsilə 21,4 mln, Əmək Nazirliyi və DSMF-yə 7,4 mln manat xərclənib.
ARDNF-dən transfertlər artmır amma büdcənin yarısından çoxdur. Vəsaitlərin çoxu meliorasiya və tikintiyə xərclənib.
Dövlət büdcəsinin mədaxili 5433,3, məxarici 4965,6 mln manat olub. --17D
-
- Siyasət
- 18 Aprel 2014 21:10
-
- İqtisadiyyat
- 19 Aprel 2014 12:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz