Neft sektoruna investisiyalar dörddə bir artıb
2016-cı ilin on ayında Azərbaycanda neft-qaz sektoruna 7,91 mlrd manat investisiya qoyulub. 2015-ci ilin on ayında bu göstərici 5,91 mlrd manat (artım 24,2%) olub, deyə Dövlətstatkom bildirir.
Hesabat dövründə ölkənin sənaye sektoruna 7,95 mlrd manat kapital qoyulub. Bu, müqayisəli qiymətlərlə 2015-ci ilin on ayındakından 14,2% azdır.
Hasilat sənayesinə investisiyalar 7,14 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 12,8% azdır.
Neft-qaz sektoruna investisiyalar niyə artır? Axı neft iki dəfə ucuzlaşıb, bu şəraitdə şirkətlər, adətən, investisiyaları azaldır. Məsələ burasındadır ki, Azərbaycanda “Şahdəniz-2” layihəsi həyata keçirilir və bu il xərclərin pik dövrüdür.–12D--
-
- İqtisadiyyat
- 19 Noyabr 2016 10:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz