Neftin qiyməti bir barelə görə 31 dollardan aşağı enib
Brent markalı neft fyuçerlərinin dəyəri bir barelə görə $31 dollardan aşağı enib.
Çin birjalarında hərraclar açıldıqdan sonra nefrin qiyməti enməyə başlayıb və tezliklə Brent $31,09 həddinə enib.
Saat 9:30-da neftin qiyməti $30,73olub.
Qiymətlərin enməsi Azərbaycan da daxil olmaqla, bütün neft hasil edən ölkələrin iqtisadiyyatına birbaşa və mənfi təsir göstərir.
Qiymətlərin enməsi o deməkdir ki, manat getdikcə zəifləyəcək və sürünən devalvasiya davam edəcək.
Şənbə günündən başlayaraq Azərbaycanda dollar və avronun satışı demək olar ki, dayandırılıb, “qara bazar”da onların qiyməti artmaqda davam edir.
21 dekabr devalvasiyasından sonra manat Amerika və Avropa valyutalarına nisbətdə 80-100% ucuzlaşıb.
Xatırladaq ki, Azərbaycann dövlət büdcəsində neftin qiyməti bir barelə görə 50 dollar səviyyəsində göstərilib.-02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz