NIKOIL | BANK-ın yeni paytaxt filialının təntənəli açılışı olub
NIKOIL | BANK sayca 9-cu paytaxt filialının təntənəli açılışı ilə bağlı tədbir keçirib. Yeni filial Nərimanov rayonunda Qədirbəyov küçəsi, 63 a ünvanında yerləşir.
Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin də iştirak edib.
9 saylı filial əhaliyə bank xidmətlərinin bütün spektrini - əmanətlər, kreditlər və plastik kartlar üzrə əməliyyatlar, müxtəlif növ pul köçürmələri, kommunal xidmətlərin və rabitə operatorlarının ödənişləri, həmçinin seyf özəklərinin icarəsi – göstərir.
Qeyd etmək lazımdır ki, martın 29-da NIKOIL | BANK-da "SƏMƏNİ" depozit aksiyası keçiriləcək. Aksiya ən yüksək sığortalanmış illik faiz dərəcəsini və 100%-lik uduş lotereyasında iştirak imkanlarını təklif edir.
Aksiyanın şərtlərinə görə, hər əmanətçiyə faizlərin aylıq silinməsi imkanları ilə illik 12%-lik VİSA GOLD plastik kart, həmçinin stimullaşdırıcı ani lotereyada iştirakdan zəmanətli qiymətli hədiyyə verilir.
“SƏMƏNİ” aksiyasında minimal əmanət 1000 AZN və ya ABŞ dolları təşkil edir, əmanətin müddəti 1 ildən 3 ilədək ola bilər.--15D--
-
- Siyasət
- 6 Mart 2013 18:31
-
- İqtisadiyyat
- 6 Mart 2013 18:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz