2012-ci ilin son ayında avro alışının həcmi 10 dəfədən çox artıb
2012-ci ilin dekabrında nağdsız xarici valyuta əməliyyatlarının dövriyyəsi ay ərzində 25% artaraq 3817 mln. manat ($4,86 mlrd.) təşkil edib. 12 ay ərzində bu valyuta dövriyyəsi 33,44 mlrd. manata bərabər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
32,2% artıb.
Cari dekabrda ABŞ dolları ilə ticarətin payı 27% təşkil edib. Rusiya rublu ilə əməliyyatların xüsusi çəkisi
26,4%-dək azalıb, bazarda avronun payı 12,3%-dək azalıb.
Dekabrda nağd dollarla əməliyyatların həcmi
$1031 mln.-a bərabər olub. Bu, noyabr göstəricisindən
$9 mln. və ya 0,9% çoxdur. Hesabat dövründə bu valyutanın alış həcmi 5,7% azalıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin yanvar-dekabr aylarında Amerika valyutası ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi $3377 mln. və ya 40,3% artaraq $11765 mln. təşkil edib.
2012-ci il ərzində nağd avro ilə əməliyyatların həcmi
2840 mln. təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 77,5% çoxdur. Bu valyutanın əhali tərəfindən alışının həcmi dekabrda 10,3 dəfə artaraq
135 mln.-a çatıb.
Yanvar-dekabr aylarında Rusiya rublu və ingilis funt-sterlinqi ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi müvafiq olaraq 9911 mln. və 31 mln. təşkil edib.
Dekabrda nağd ABŞ dollarının manata nisbətən orta mübadilə məzənnəsi 2 bənd, son 12 ayda 20 bənd azalaraq 1 USD-yə görə 0,7849 manata çatıb.--15B--
-
- İqtisadiyyat
- 6 Mart 2013 18:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz