Noyabrda qiymətlər 0,7% bahalanıb
2013-cü ilin noyabrında ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşıb.
Ay ərzində qarabaşaq yarmasının, almanın, xurmanın, limonun, portağalın, naringinin, bananın, şabalıdın, kələmin, çuğundurun, kökün, göyərtinin, şəkər tozunun qiymətlərində ucuzlaşıb. DSK unun, düyünün, çörəyin, makaronun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, armudun, heyvanın, narın, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma qeydə alıb.
Noyabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, telefon faksimil cihazlarının qiymətlərində ucuzlaşma olub. Geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə edilib.
Xidmət sahəsində dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri noyabr ayında ucuzlaşıb, xəstəxana xidmətlərinin, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.
Qeyd edəkm ki, sentyabrda istehlak bazarında qiymətlər 0,1%, oktyabrda 0,7% artıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz