Ötən il AMB $8,4 mlrd valyuta satıb
2015-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) o cümlədən kommersiya banklarına $8,42 mlrd məbləğində valyuta satıb.
AMB-nin saytında dərc edilmiş 2015-ci il üzrə pul siyasəti icmalında qeyd edilir ki, 2014-cü ildə AMB $143 mln həcmində valyuta alıb. Daha çox dollar və avro ötən ilin I rübündə satılıb ($3,9 mlrd), ardınca dördüncü rüb ($1,97 mlrd) gəlir. İyul-oktyabrda $1,51 mlrd, II rübdə $1,04 mlrd satılıb.
AMB-nin məlumatına əsasən, ötən il ərzində banklar əhaliyə xarici valyutanın satış həcmini 47,4% - $8,8 mlrd-a qədər artırıblar. Burda fevral devalvasiyası fonunda I rüb liderdir ($4 mlrd 332 mln üstəgəl 244 mln avro).
İcmalda bildirilir ki, iki dəfə baş vermiş devalvasiya nəticəsində manat dollara nisbətən 98,8%, avroya nisbətən 79% ucuzlaşıb.--17D—
-
- Cəmiyyət
- 24 Fevral 2016 14:33
-
- İqtisadiyyat
- 24 Fevral 2016 14:38
İqtisadiyyat
-
Azərbaycanın Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Aİ-yə qaz ixracı 7 yanvar tarixindən etibarən Azərbaycandakı strateji obyektlərdən birində baş vermiş texniki problemlər səbəbindən kəskin şəkildə azalıb. Bu barədə Turan bir neçə mənbəyə istinadən məlumat yayıb.
-
Cümə günü Bakıda keçirilən mətbuat konfransında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hummatov, nəqliyyat infrastrukturunda ölkənin mühüm nailiyyətləri və gələcək planları barədə məlumat verib.
-
İqtisadçı Qubad İbadoğlu, 2025-ci ilin əvvəlində Azərbaycanın iqtisadi perspektivlərini əhatə edən ciddi təhlil təqdim edir. O, azalan neft qiymətləri, artan inflyasiya və manatın devalvasiyası gözləntiləri ilə xarakterizə olunan mənzərəni vurğulayır. İbadoğlu bildirir ki, bu təzyiqlər real ÜDM artımını zəiflədəcək, investisiyaları zəiflədəcək və işsizlik və yoxsulluq səviyyələrini daha da artıracaq.
-
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, ölkənin yenilənmiş inzibati icraat qanununa uyğun olaraq bir sıra normativ sənədlərdə dəyişikliklər edib. Nazir Kəmaləddin Heydərov tərəfindən imzalanan bu qərar, fəaliyyətlərin optimallaşdırılması və ölkənin Elektron Hökumət çərçivəsinə uyğunlaşdırılmasını məqsəd qoyur.
Rəy yaz