Parlament Hesablama Palatasının illik hesabatını qəbul edib
Bu gün Milli Məclisdə Hesablama Palatasının sədri Əsədovun hesabatı dinlənilib. Onun sözlərinə görə, ötən il 68 kompleks yoxlama keçirilib. 31 kollegiya iclası olub və 136 qərar qəbul edilib. Büdcə pullarının qaytarılması göstəricilərində yaxşılaşma var, deyə o bildirib.
Büdcə strukturlarının pozuntularının xarakterik xüsusiyyətləri: auditdən yayınma, tender keçirməmək, smetaların şişirdilməsi, debitor borcu, sənədlərin düzgün aparılmaması və s. dir.
Yoxlamalar nəticəsində dövlət büdcəsinə 4 mln 366,6 min manat. 48,6 min avro qaytarılıb. Bunun 668,4 min manatı və bütün valyuta məbləği nağd şəkildə qaytarılıb. Dillər Universiteti (1,5 mln manat) və Şəki şəhər Mədəniyyət İdarəsi (750 min manat) daha çox vəsait qaytarıb.
1 mln 448,1 min manat kəsir müəyyən edilib. Hesaba alınmayan əsas vəsaitlər 88 mln 844,9 min manat (110 dəfə çox), debotor borcu 2 mln 635,6 min manat olub.
Hesablama Palatası 43 mln 882,8 min manat debitor borcun bağlanmasına nail olub. 550 ştat, 280 sinif, 15 kafedra ixtisar edilib.
44 vəzifəli şəxs işdən azad edilib, bir o qədəri şiddətli töhmət, 92 nəfər töhmət, 70 nəfər xəbərdarlıq alıb.
Müzakirələrdən sonra hesabat qəbul edilib..--17D—
-
- Mədəniyyət
- 5 Aprel 2013 17:31
-
- Siyasət
- 5 Aprel 2013 18:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz