"Paşa Həyat Sığorta" istehsalatda bədbəxt hadisələr üzrə birdəfəlik ödəniş edib
"Paşa Həyat Sığorta" istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 37 min 793 manat sığorta ödənişi həyata keçirib.
Şirkətin press-relizində deyilir ki, sığorta hadisəsi Azərbaycanda istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş verib. Birdəfəlik sığorta ödənişi vəfat etmiş sığorta olunanın yaxınlarına ödənilib.
2013-ci ilin əvvəlindən şirkətin bu növ üzrə ödənişləri 142 min manatdan çox olub.
«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu ildə təsdiq edilib. 17 dekabrda Maliyyə Nazirliyi normativ-hüquqi aktları təsdiq edib.
2010-cu ilin noyabrında Nazirlər Kabinetinin təsdiq ertdiyi tariflərlə iqtisadi fəaliyyət növləri 14 risk dərəcəsinə bölünüb. Müəssisənin risk dərəcəsindən asılı olaraq sığorta ödənişi həcmi 0,2%-2%-dir.
Qanuna əsasən, sığorta tarifi müəssisənin maaş fonduna köçürülür. Qanun 3 sığorta ödənişi növünü nəzərdə tutur: aylıq, bir dəfəlik və əlavə.
«Paşa Həyat Sığorta» 2011-ci ilin fevralında faktik fəaliyyətə başlayıb.
Təsisçisi «Pasha Holding» kommersiya strukturu, nizamnamə kapitalı 15,05 mln manatdır --17D—
-
- Cəmiyyət
- 3 Aprel 2013 17:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz