«Pasha Holding»in iki şirkətinin kapitalı artırılıb
“Pasha Development” MMC və “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 5 mln manat artırılıb.
Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinin məlumatına görə, 5 mln manat artımdan sonra “Pasha Development” MMC-nin kapitalı 291 mln 273,9 min manata çatıb. İlkin olaraq (iyun 2012-ci il) şirkətin kapitalına 16 mln manat qoyulmuşdu.
“Absheron Hotel Group” MMC-nin kapitalı 36,5 mln manata çatıb.
Hər iki şirkətdə “Pasha Holding” 100% paya malikdir. Bir qayda olaraq, “Pasha Holding” MMC törəmə şirkətlərində kapital artımının mənbəyini açıqlamır.
Bundan başqa, holdinq vaxtaşırı şirkətlərinin kapitalına yenidən baxır, bunu digər məşhur holdinq qrupları haqda demək olmaz.
“Pasha Development” MMC Azərbaycanda və xaricdə daşınmaz əmlak əldə etmək və idarə etməklə məşğuldur. Bu daşınmaz əmlakın siyahısı açıqlanmır.
“Absheron Hotel Group” MMC bu otellərdən ibarət daşınmaz əmlak portfelinə nəzarət edir: Park Chalet, Pik Palace Shahdag, Boulevard Hotel Baku, Intourist, Dinamo Hotel Baku və Samaxi Palace Sharadil. 08B
-
- Söz istəyirəm
- 6 İyun 2016 14:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz