Səni Milli Şuranın sədri seçilməyin münasibətilə təbrik edirəm. Həyatımızın indiki şəraitində sənin üzərinə çox çətin missiya düşüb.
Görkəmli alim, sən artıq neçə illərdir sevimli işinə ayırdığın vaxtın əhəmiyyətli hissəsini bu işə sərf eləməyə məcbursan. Ailə başçısı, gözəl övladlarına və həyat yoldaşına ciddi problemlər yaradırsan. Sadiq dost, hakimiyyətin qəzəbinə tuş gəlmək qorxusundan dostlarını və həmkarlarını itirirsən.
Neynəyə bilərsən, əziz Cəmil? Bu qədər sevdiyin tarix seçimi məhz sənin üzərinə qoyub. Dost kimi halına acıyıram, vətəndaş kimi sakitcə tarixi öyrənmək əvəzinə onun aparıcı şəxsi olmağa razılıq verdiyinə görə minnətdarlıq edirəm. Uğur və səbr arzu edirəm. Möhkəm ol. Bağrıma basıram.
-
- Siyasət
- 6 İyun 2016 14:11
-
- İqtisadiyyat
- 6 İyun 2016 14:39
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz