«Pepsico Azerbaycan» şirkəti yaradılıb
Bakıda “Pepsico Azerbaycan” şirkəti təsis edilib və qeydiyyata alınıb.
Vergilər Nazirliyinin məlumatına görə, (kommersiya şəxslərin qeydiyyatı orqanı) “Pepsico Azerbaycan” MMC-nin ofisi Bridge Plaza biznes mərkəzindədir.
Nizamnamə kapitalı 525 548 manat olan şirkətin direktoru Natiq Musayevdir.
Qeyd edək ki, 2011-ci ildən “Benkons” MMC PepsiCo International-ın Azərbaycan ərazisində strateji tərəfdaşıdır. Şirkətin PepsiCo İnternational qazlı məhsullarının istehsalı və paylanması hüququna malikdir. Pepsi məhsulları “Mars Overseas” MMC-nin müəssisələrində istehsal edilir.
“Benkons” MMC “Gilan Holding” şirkətlər qrupunun aparıcı həlqələrindən biridir. Şirkət dünyanın 30 ölkəsindən 40-dan çox şirkətlə rəsmi və eksklüziv distribütor sazişi əsasında əməkdaşlıq edir.
2008-ci ilin iyunundan Azərbaycanda şirkət təsisçilərinin adı məxfi hesab edilir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz