Pomidor «qırmızı sifətini» göstərdi
Pomidor bu il piştaxtalarda «qırmızı sifətini» göstərir – qiymətlər ötən ilkindən iki dəfə bahadır.
Payızda mövsümi olaraq pomidordan evdə müxtəlif konserv məhsulları hazırlanır. Amma evdar qadınlar 1 yeşik pomidoru (35 kq) 12 manata almaqda çətnlik çəkir. Ötən il bi yeşik 7 manata idi. Dükan-bazarda pomidor 80 qəpikdən ucuz deyil. Ötən il hardasa 40 qəpiyə idi.
Kənd Təsərrüfatı Nazirliyində bunun real səbəbini izah edə bilməyiblər və deyiblər ki, bu qurum bazarda qiymətlərə nəzarət etmir.
“Azersun Holding”də Turan-a bildiriblər ki, onların müşahidələrinə görə, bahalanmaya səbəb xəstəliklər üzündən məhsuldarlığın azalması, həmçinin yayın çox isti keçməsidir. Şirkət fermerlərdən pomidorun 1 kq-ı 13 qəpiyə alır. Hələlik “Azersun Holding” konserv məhsullarını bahalandırmağı düşünmür. Onun məhsullarının çoxu ixraca gedir.
Dövlətstatkoma görə, 2011-ci ildə Azərbaycanda 27,4 min ha sahədə pomidor yetişdirilib. Bir ha-dan 16,5 ton məhsuldarlıqla 463 min ton pomidor yığılıb. Həmin mənbəyə görə, ölkədə adambaşına pomidor istehlakı 12,1 kq-dır. 08B
-
- İqtisadiyyat
- 4 Sentyabr 2012 15:09
-
- İqtisadiyyat
- 4 Sentyabr 2012 15:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz