Prezidentin fərmanı hesabına «Aqrarkredit»in öhdəlikləri il ərzində 192 dəfə artıb
Aqrarkredit» səhmdar cəmiyyətinin öhdəlikləri ötən il ərzində 192 dəfə artaraq 3 mlrd 172 mln 463,6 min manat təşkil edib. Bunun 662 mln 529,9 min manatı ABB-nin aktivləri üzrə öhdəliklərdir.
Bu, aktivlərin artımına da səbəb olub. Yanvarın 1-i üçün onların həcmi 3 mlrd 185 mln 869,8 min manat təşkil edib. Qeyd edək ki, prezidenti İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərmanı ilə ABB-nin 3 mlrd 133 mln 407,8 min manatlıq avtivləri «Aqrarkredit»ə verilib.
Kredit portfeli 1 yanvar üçün 23 mln 373,3 min manat (mənfi 4,8%), xüsusi kapital 13 mln 406,2 min manat (mənfi 1%) olub.
İl ərzində xalis mənfəət 288,6 min manat təşkil edib. 2004-cü ildə yaradılan «Aqrarkredit» hazırda ölkənin ən böyük BOKT-dır. --17D—
-
- Siyasət
- 9 Mart 2016 14:16
-
- İqtisadiyyat
- 9 Mart 2016 14:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz