«Prokredit»in istiqraz emissiyası
«Prokredit» qeyri-bank kredit təşkilatı Prokredit” 400 min manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayır.
Bakı Fond Birjasının məlumatına görə, təmin edilməmiş istiqrazlar BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 400 ədəd istiqraza bölünüb.
İstiqrazların yerləşdirilməsi müddəti 730 gün, gəlirlilik illik 12%-dir. İstiqrazların yerləşdirilməsinin anderrayteri “Chelsea Capital” MMC-dir. İstiqrazların yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçirilir.
“Prokredit” 2011-ci ilin fevral ayında qeydiyyatdan keçib. Nizamnamə kapitalı 300 min manatdır. Təşkilatın səhmdarı bir fiziki şəxsdir. 2015-ci ilin əvvəli üçün aktivləri 2,47 mln manat, kredit portfeli 2,18 mln manat olub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz