Qaxda üzümlük qalmayıb
Azərbaycanda üzüm yığımı başa çatır. Bu il məhsul bol olduğu üçün üzüm keçə ilkindən ucuzdur 1 kq-ı – 0,50-1,50 manat.
Dövlətstatkoma görə, oktyabrın 1-i üçün 111,7 min texniki və süfrə üzümü yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 6,1% çoxdur. Ötən il quraqlıq səbəbindən orta məhsuldarlıq 88,9 s-dən (2013-cü il) 82,5 s-ə düşüb. DSK-ya görə, 15 ildə ölkədə üzümün orta məhsuldarlığı 2,3 dəfə artıb.
2014-cü ildə ölkədə üzüm əkini sahələri (211 ha) 1,3% azalıb. Qax rayonunda 377 üzümlüyün 366 hektarında tənələr kəsilib. 2012-ci ildə ölkədə 16 327 ha üzüm sahəsi olub. Ötən il bu göstərici 15 904 ha olub.
2014-cü ildə 533,1 ton üzüm idxal edilib. İxarc həcmi 71,3 ton azdır. 1 kq idxal üzümü (İran) gömrükdə $0,31-a bəyan edilib. İxrac qiyməti $0,75 təşkil edib.
Bu ilin 9 ayında şərabçılıq zavodları 663,3 min dekalitr şərab istehsal edib. Bu, ötən ilin eyni dövründəkindən 15,7% azdır.
Gömrüyün məlumatına görə, bu ilin I yarısında 153,7 min dal şərab ixrac edilib. Bundan $5 mln 374 min gəlir əldə edilib. --08B—
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 16:28
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 16:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz