Qazaxıstan Azərbaycanla ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib
Bakı/16.08.22/Turan: Qazaxıstan hökuməti öz qərarı ilə Azərbaycanla ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib, KazTAQ xəbər verir.
Saziş layihəsinə əsasən, “tərəflərdən hər biri öz dövlətinin ərazisində və öz dövlətinin qanunvericiliyinə uyğun olaraq, əməkdaşlıq edən təsərrüfat subyektləri üçün əlverişli şərait yaradır və qarşı tərəfin mənafeyinə xələl gətirə biləcək hərəkətlərdən çəkinir”. Bundan əlavə, tərəflər “təşkilati-hüquqi formasından və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulmasına töhfə verirlər”.
“Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş çərçivə sənədidir, ticarət, investisiya, sahibkarlıq, ticarət balansının qorunması kimi sahələrdə əməkdaşlığın əsaslarını qoyur və tərəflər arasında mövcud ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədi ilə bağlanılır”, - sənədin izahatında deyilir.-0-
-
- Siyasət
- 16 Avqust 2022 13:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz