Qeyri-neft ixracatı 28,3% azalıb
2016-cı ilin 9 ayında Azərbaycanın qeyri-neft ixracatının həcmi 858,1 mln ABŞ dolları olub. Bu, 2015-ci ilin eyni dövründəkindən $337,7 mln və ya 28,3% azdır.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında Azərbaycanın xarici ticarət dövriyyəsi $12 mlrd 742,7 mln olub. Bu, 2015-ci ilin eyni dövründəkindən 22,6% azdır.
Üç rübdə Azərbaycandan $8 mlrd 770 mln məbləğində mal ixrac edilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 49,4% azdır. İxracatın 86,9%-i neft məhsulları və qazın ($5 683,1mln) payına düşür.
$6,2 mlrd məbləğində mal idaxl edilib və bu göstərici 5,9% azalıb.
Sentyabrda $752 mln məbləğində mal ixrac edilib. Bu, avqustdakından 517,1 mln azdır. Ötən ay ixrac ($671,8 mln) $85,3 mln artıb. 08D
-
- İqtisadiyyat
- 18 Oktyabr 2016 10:20
-
- İqtisadiyyat
- 18 Oktyabr 2016 10:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz