Sabah Bakıda BakuBuild 2016 inşaat sərgisi açılacaq
Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi BakuBuild 2016 açılacaq. Paralel olaraq Aquatherm Baku və Securika CIPS sərgiləri keçiriləcək.
Bu il BakuBuild sərgisində dünyanın 26 ölkəsindən 298 şirkət iştirak edir. İtaliya, İran və BƏƏ öz milli pavilyonlarını təqdim edirlər. Fransa şirkətləri kollektiv stendlə çıxış edirlər. Türkiyə istehsalçıları böyük qrupla qatılıblar. Azərbaycan şirkətləri eksponentlərin 50%-ni təşkil edir. Onların arasında istehsalçılar, distribyutorlar, tikinti sahəsində xidmət göstərən şirkətlr var.
Ənənəvi BakuBuild 2016 sərgisi müxtəlif çeşiddə tikinti materialları, keramika, bəzək daşları, mərmər, lak və boya materialları, qapı və pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və tunc işlər, inşaat texkinasını əhatə edir.
Əvvəlki sərgilərdən fərqli olaraq, bu il Azərbaycan, İtaliya, Ukrayna və başqa ölkələrin mebel şirkətləri də iştirak edirlər.
Sərginin təşkilatçıları Britaniyanın ITE Group və onun tərəfdaşı Iteca Caspian şirkətidir.
Xəzər inşaat həftəsi oktyabrın 22-də başa çatacaq.08D
-
- Cəmiyyət
- 18 Oktyabr 2016 09:54
-
- İqtisadiyyat
- 18 Oktyabr 2016 10:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz