Qiymətli kağızların dövriyyəsi 45% azalıb
2013-cü ilin I yarısında Azərbaycanda qiymətli kağızların dövriyyəsi 3 197,3 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 45% azdır. Bazardakı iflas AMB-nin notlarının ilkin yerləşdirilməsi həcminin (-393 mln manat və ya -70%) və onların repo və əks-repo əməliyyatlarının (-2 653 mln manat və ya -54%) azalması ilə bağlıdır, deyə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Turan-a bildiriblər.
I yarımildə dövlət qiymətli kağızları ilə 2 575 mln manatlıq (-54%) 323 əməliyyat aparılıb. Əqdlərin əsas hissəsi AMB-nin notları ilə repo və əks-repo əməliyyatların payına düşür. Maliyyə Nazirliyinin dövlət istiqrazlarının ilkin və təkrar dövriyyəsi üzrə əməliyyat həcmi (55,5 mln manat) bu il 50% artıb.
Bazarın korporativ seqmenti 2,7 dəfə artaraq 622,4 mln manata çatıb. Bağlanan əqd sayı (2583) 10,2% artıb.
Korporativ bazarın 44%-i səhmlərin (278 mln manat) payına düşür. Səhm bazarı 3,3 dəfə artıb. Səhm alqı-satqısı üzrə 445, o cümlədən təkrar bazarda 2 256 əqd bağlanılıb. I yarımildə 172 mln manat (+3,9 dəfə) qiymətində səhm yerləşdirilib. Bakı Fond Birjasının məlumatına görə, səhmlərin təkrar birja bazarı 4 590,7 min manat olub. Beləliklə, QKDK-ya görə, birjadankənar səhm dövriyyəsi 6 ayda 101,5 mln manat olub.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz