QK bazarının peşəkar iştirakçılarına QKDK qarşısında necə hesabat verməyi izah ediblər
Martın 6-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) qiymətli kağızlar bazarının peşəkar iştirakçıları üçün yeni tənzimləmə sisteminin tətbiqinə dair təqdimat keçirilib.
QKDK fevralda broker fəaliyyətinin həyata keçirilməsi, QK bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması üzrə bir sıra normativ aktlar qəbul edib.
QK bazarının peşəkar iştirakçılarının illik hesabatlarının açıqlanması Mülki Məcəlləyə 6 mart 2004-cü ildə edilən düzəlişdə nəzərdə tutulub. Amma QK bazarının 18 peşəkar iştirakçısından heç biri qanunvericiliyin bu tələbinə əməl etmir.
İnvestisiya qiymətli kağızlarının emitentlərinin hesabatlılığı üzrə vəziyyət də yaxşı deyil: SC-lərin 2%-i hesabatı dərc edir. Amma QKDK indiyədək SC-lər üçün hesabatlılıq, o cümlədən illik hesabatın qəbulunda elektron xidmətin təşkil üzrə informasiya seminarı keçirməyib. 08D
-
- İqtisadiyyat
- 7 Mart 2013 14:22
-
- İqtisadiyyat
- 7 Mart 2013 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz