QKDK və SECO əməkdaşlıq perspektivini müzakirə edib
4 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndə heyəti ilə görüşdə əməkdaşlıq perspektivi müzakirə edilib. 2005-ci ildən SECO Azərbaycan şirkətləri və kapital bazarında korporativ idarəetmənin inkişafı üzrə bir neçə layihəni maliyyələşdirib.
QKDK İctimaiyyətlə əlaqələr sektorunda Turan-a bildiriblər ki, QKDK-nın sədri Rüfət Aslanlı Dünya Bankı və SECO tərəfindən dəstəklənən “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin əhəmiyyətini, qisa müddət ərzində zəruri texniki yardımların əldə edildiyini vurğulayıb.
Görüşdə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq ofisinin regional direktorunun müavini Matthias Feldmann qiymətli kağızlar bazarında aparılan islahatların vacıbliyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
SECO “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin donorlarından biridir. Təşkilat layihənin komponentlərinə $1,6 mln ayırıb. Layihənin ümumi qiyməti $15,8 mln-dur.
2005-2011-ci illərdə SECO Beynəlxalq maliyyə Təşkilatının (İFC) «Azərbaycan korporativ idarəetməsi” (AKİL) layihəsini maliyyələşdirib. 08D
-
- İqtisadiyyat
- 5 Fevral 2014 15:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz