Quruda neft hasilatı niyə azalır?
ARDNŞ yataqlarında hasilat sürətlə azalır. 2009-cu ildə "Azneft" İB (ARDNŞ-nin hasilat strukturu) 6 mln 891 min ton, 2010-cu ildə 6 mln 871 min, 2011-ci ildə 6 mln 730 min ton – yəni bir il öncəkindən 141 min ton az neft çıxarıb.
ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə hasilatdakı kəskin azalmanı şərh edərkən Turan-a bildirib ki, "bu, ilk növbədə onunla bağlıdır ki, yataqlarımızın çoxu çoxdan istismar edilir", buna qədər isə onlar intensiv şəkildə mənimsənilib.
Onun proqnozuna görə, bundan sonra ARDNŞ yataqlarında 150 min ton (1,1 mln barrel) azalma labüddür.
Turan müxbirinin "Bəs nədən xarici şirkətlərin idarə etdiyi qurudakı quyularda da hasilat azalması var?" sualına cavab olaraq Yusifzadə deyib ki, bu, bir çox quyuların su ilə dolması ilə bağlıdır. Əməliyyat şirkətləri (ƏŞ) vəsaitə qənaət etmək üçün yeni istismar quyusu qazmayıblar.
"Amma 2013-cü ildə ƏŞ-nin büdcəsi müzakirə olunur və onların çoxu hasilatı sabitləşdirmək üçün yeni quyuların qazılmasına əsaslı xərclər nəzərdə tutub", - deyə ARDNŞ-nin birinci vitse-prezidenti izah edib.
Qeyd edək ki, 2011-ci ildə ən çox azalma Global Energy (Virciniya adalarında qeydiyyata alınmış offşor şirkət, əslində onu rusiyalı milyarder Qutsireyev idarə edir) şirkətinin yataqlarında olub. Bir sıra yataqlarda azalma 50%-ə çatıb. --12С—
-
- Cəmiyyət
- 4 Oktyabr 2012 11:42
-
- Mədəniyyət
- 4 Oktyabr 2012 12:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz