"Şahdəniz" layihəsi çərçivəsində Neft Fonduna $2,3 mlrd daxil olub
2007-ci ilin ortalarından 1 sentyabr 2015-ci ilə kimi “Şahdəniz” yatağından “Mərhələ-1” layihəsi çərçivəsində Dövlət Neft Fonduna $2 mlrd 367 mln daxil olub.
ARDNF-nin məlumatına görə, 2015-ci ilin yanvar-avqustunda “Şahdəniz” layihəsi çərçivəsində Dövlət Neft Fonduna $247 mln daxil olub.
Xatırladaq ki, 2014-cü ildə ARDNF-nin “Şahdəniz” layihəsi çərçivəsində gəlirləri $523 mln olub.
* “Şahdəniz” yatağının ehtiyatları 1,2 trln kubmetr qiymətləndirilir. Yatağın işlənməsi üzrə saziş 4 iyun 1996-cı ildə imzalanıb. Yataq 3 il sonra kəşf edilib, 2006-cı ilin sonunda işlənməyə başlayıb.
** Dövlət Neft Fondu 29 dekabr 1999-cu ildə yaradılıb. 1 iyul 2015-ci il üçün aktivləri $35 783,3 mln təşkil edib.
Dövlət Neft Fondunun gəlirlərinin pik vaxtı 2011-ci ildə olub – $19,99 mlrd. Bir mlrd-dan çox ilk gəlirləri Fond 2006-cı ildə əldə edib. –12В--
-
- İqtisadiyyat
- 11 Sentyabr 2015 12:00
-
- Siyasət
- 11 Sentyabr 2015 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz