- İqtisadiyyat
- 20 Oktyabr 2015, 15:53
- 170
Sahibkarların yoxlanmasına moratorium çarə deyil
Milli Məclis bugünkü iclasında 2015-ci il noyabrın 1-dən Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edilib.
Yeni qanuna əsasən, bu müddətdə yalnız vergi yoxlamaları və əhalinin həyat və sağlamlığı, eləcə də milli və iqtisadi təhlükə hallarının mövcud olması ilə bağlı yoxlamalar aparıla bilər.
Bu qanun Baş Prokurorluğun korrupsiya ilə mübarizə sahəsində apardığı yoxlamalara şamil edilmir.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı yoxlama və lisenziyalarının sayının azaldılmasının vacibliyini bildirmişdi.
Prezidentin Prezidentin 19 oktyabrda imzaladığı fərmana əsasən, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziya verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib.
Turan ekspertlərinin fikrincə, bu, sahibkarların işini yüngülləşdirməyəcək. Hazırda istənilən sahibkar 2 günə biznes aça bilər. 3 ay sonra vergi müfəttişliyi mənfəət vergisi və rüşvət tələb edir. Bu səbəbdən yanvar-sentyabrda qeydiyyata alınan vergi ödəyicilərinin sayı (58 min 473 nəfər) ötən ilin eyni dövrü ilə (61 181) müqayisədə 4,4% azalıb. Azalma tendensiyası davam edir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz