- İqtisadiyyat
- 1 Sentyabr 2015, 12:38
- 228
Sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması elektronlaşdırılır
Dövlət başçısı İlham Əliyev avqustun 31-də «Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında» fərman imzalayıb. Birinci mərhələdə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq və “Fərqlənmə nişanı”nın “ASAN xidmət” vasitəsilə verilməsi nəzərdə tutulur.
İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron lisenziya” portalının yaradılmasını təmin etməlidir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsi bu platformadan təmin edilməlidir.
Qeyd edək ki, taksilərin lisenziyalaşdırılması və vergiyə cəlb edilməsində problemlər var. Taksi sürücüləri bildirir ki, Nəqliyyat Nazirliyinin müfəttişləri onlardan fərqlənmə nişanından başqa rüşvət də tələb edir. Mətbuatda, hətta televiziyalarda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə taksi sürücüləri arasında qarşıdurmalar barədə dəfələrlə süjetlər verilib. Bir çox hallarda sürücülər döyülür.
Maraqlıdır ki, qonşu Gürcüstanda minik avtomobilində taksi xidməti lisenziyalaşdırılmır və vergiyə cəlb edilmir. Bu ölkədə yanacaq Azərbaycandakından bir qədər baha olsa da, taksi xidməti xeyli ucuzdur. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz